Azərbaycan şirkəti lavanda yağı ixracını artırır

Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan “The Best Choice” MMC bu il Türkiyəyə lavanda yağının ixracını 50 faiz artıracaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına sözügedən MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov deyib.

Onun sözlərinə görə, bu il 1 ton lavanda yağı istehsal edilib ki, bunun 600 kq-nın Türkiyəyə ixracı nəzərdə tutulur. Ötən il ixrac həcmi 400 kq olub.

İxracı bu il noyabr ayında həyata keçirmək istədiklərini deyən E.Əhmədov qeyd edib ki, hazırda yeni ixrac istiqamətlərinin də açılması üçün iş aparılır.

Şirkət 2023-cü illə müqayisədə bu il lavanda yağını təxminən 200 kq az istehsal edib. Azalmanın əsas səbəbi əkin sahələri və məhsulun həcminin azalması yox, yerli bazarın tələbatına uyğun olaraq, lavandaların bir hissəsinin buket kimi qurudulmasıdır.

Şirkət lavanda yağı ilə yanaşı, müxtəlif kosmetik məhsullar – lavanda tərkibli əl kremləri, duş geli, üz üçün təbii toniklər, təbii lavanda suyu, lavanda ətirli oyuncaqlar, lavanda şamı istehsal edir.

İlhamə İsabalayeva

Əlaqədar məqalələr
Made in Azerbaijan

TOP-5 qeyri-neft məhsulu

TOP-5 qeyri-neft məhsulu. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ixrac olunan…
►►►
Made in Azerbaijan

Azərbaycan çay ixracını artırıb

Azərbaycan çay ixracını artırıb Bu ilin yanvar-avqust ayları ərzində ölkədən 4,37…
►►►
Made in Azerbaijan

Betondan yığma tikinti konstruksiyalarının istehsalı artıb

Betondan yığma tikinti konstruksiyalarının istehsalı artıb Bu ilin yanvar-avqust aylarında…
►►►