Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Direktorunun müavini xanım Şiahonq Yanqla görüşüb.

Görüşdə Bankla əlaqələrin inkişaf etdiyi qeyd olunub, dövlət-özəl tərəfdaşlığı, ətraf mühit, rəqəmsal inkişaf, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasında Bankın iştirakı yüksək qiymətləndirilib.

Tərəflər tərəfdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşmə imkanları, eləcə də, COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən rayonlarında ağacəkmə aksiyaları təşkil edilib

“AzerGold” QSC tərəfindən “Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən…
►►►
İqtisadiyyat / Biznes

Çin şirkətləri ilə görüş keçirilib

Çin şirkətləri ilə görüş keçirilib Görüşdə Azərbaycan və Çin arasında sənaye…
►►►
İqtisadiyyat / Biznes

Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir Sərgidə Azərbaycanda…
►►►