“akart” geniş fəaliyyətə başladı!

Yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalar hər an, hər yerdə və hamı üçün əlçatandır!

Azercell-in törəmə şirkəti “A-Solutions Elektron Pul Təşkilatı” MMC “akart”ın fəaliyyət spektrini genişləndirir.  Yeni nəsil maliyyə həlli nağdsız hesablaşmalara çıxışı olmayan əhali üçün də bu xidməti hər an və hər yerdə əlçatan edir. Azercell-in qabaqcıl müştəri təcrübəsi və innovativ yanaşmasını özündə birləşdirən “akart” 18 yaşı tamam olmuş hər bir vətəndaşa tamamilə ödənişsiz təqdim edilir.

“akart”ın üstünlükləri:

  • Maliyyə inklüzivliyi: hər kəs üçün əlverişli və geniş yayılmış maliyyə həlləri;
  • İnnovativ yanaşma: sadə və təhlükəsiz rəqəmsal maliyyə əməliyyatları;
  • Müştəriyönümlülük: sürətli, asan və intuitiv istifadə təcrübəsi;
  • Tərəfdaş şəbəkəsi: geniş partnyor ekosistemi ilə hər kəsə müxtəlif ödəniş və xidmət seçimləri təklif etməklə yanaşı, keşbek qazandırır;
  • Giqabayt bonuslar: hər ödənişdən aylıq giqabayt əldə etmək imkanı;
  • “Tamamla” kredit məhsulu: balansda kifayət qədər vəsait olmadığı halda belə ödənişi həyata keçirmək  imkanı;
  • Təhlükəsizlik: maliyyə vəsaitləri təmassız ödənişlər (Apple Pay və Google Pay) və giriş şifrəsi, üz və barmaq izi tanıma kimi güclü təhlükəsizlik tədbirləri ilə qorunur.

Kartın aktivasiya prosesi çox rahatdır və cəmi bir neçə dəqiqə vaxt tələb edir. Həm IOS, həm də Android sistemlərini dəstəkləyən müştəri-yönümlü “akart” tətbiqini “AppStore” və ya  “Google Play”dən yükləmək mümkündür. Daha sonra müvafiq xanalarda şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib, “Sima” ilə sürətli autentifikasiyadan keçmək kifayət edir. Kart yalnız Azercell abunəçiləri tərəfindən sifariş edilə bilər.

Qeyd edək ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC ölkənin ilk elektron pul təşkilatıdır və 23 may 2024-cü ildən etibarən AR Mərkəzi Bankının 001 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Yeni nəsil maliyyə həllinin məqsədi nağdsız əməliyyatları vərdiş halına gətirmək  və maliyyə vəsaitlərinin təhlükəsizliyini təmin etməkdir.  

“akart” ilə ödənişlərin rahatlığını kəşf et: innovativ, sürətli və təhlükəsiz! Məhsul haqqında daha ətraflı məlumat əldə etmək üçün akart səhifəsinə keçid etməyiniz xahiş olunur.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Bacarırsansa, tut məni

Bacarırsansa, tut məni: Kaspersky gizli şifrələmə funskiyalarına malik fidyə proqramı…
►►►
Elm / Texnologiya

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək Azərbaycanda…
►►►
Elm / Texnologiya

Kaspersky “Sinergia II” əməliyyatı çərçivəsində INTERPOL-a yardım edib

Kaspersky “Sinergia II” əməliyyatı çərçivəsində INTERPOL-a yardım edib Əməliyyat…
►►►