Şəmkir rayonunda yanacaqdoldurma stansiyası istifadəyə verilib

Şəmkir rayonunda  “SOCAR” brendli ilk yanacaqdoldurma stansiyası istifadəyə verilib.

“SOCAR PETROLEUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq,  2022-ci ilin ikinci yarısından etibarən ölkəmizin müxtəlif bölgələrində 19 “SOCAR” brendli stasionar və modul tipli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Rayonun Düyərli kəndində yerləşən yanacaqdoldurma stansiyasının açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb, həmçinin yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.  

“Aİ-92”, “Aİ-95” Premium, və “Dizel” markalı yanacaq məhsulların satışının həyata keçiriləcəyi YDS-də 5yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla yanaşı, YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz olunub. Həmçinin yanacaqdoldurma stansiyasında yeni elektroşarj avadanlığı da quraşdırılıb.  

Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən uğurlu siyasətə uyğun olaraq, yeni yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 20 yeni iş yeri də yaradılıb.

Hazırda fəaliyyətə başlayan YDS ilə birlikdə 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olmaqla, ümumilikdə ölkə ərazisində “SOCAR” brendli 64 YDS və 13 neft bazası sahəsi fəaliyyət göstərir. 

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►