Azərbaycanın aqrar startapı Özbəkistan bazarına çıxır

Azərbaycanın “YONCA” adlı aqrar startapı Özbəkistan bazarına çıxmağa hazırlaşır. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına YONCA (https://yonca.az) mobil tətbiqinin layihə rəhbəri Elmin İskəndər deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırmalar aparılır və əlaqələr qurulur. “Özbəkistan bazarı daha böyük istifadəçi kütləsinə malikdir. Söhbət təqribən 5 milyon fermerdən gedir. Düşünürük ki, artıq növbəti ildən bizim platforma Özbəkistan fermerlərinə əlçatan olacaq”, – E.İskəndər deyib.

Qeyd edək ki, bir çox funksiyanı özündə birləşdirən “YONCA” mobil tətbiqi sırf fermer təsərrüfatlarına aid bir platformadır. Fermerlər bu mobil tətbiq vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinə müxtəlif müraciətlər ünvanlaya, peyk üzərindən əkin sahələrinin müşahidəsini apara, gübrə satışı məntəqələrinin yerləşdiyi yerləri görə və fermer fəaliyyətinə aid olan digər xidmətlərdən yararlana bilərlər.

“Məqsədimiz fermerlərə vaxta maksimum qənaət etmək imkanı yaratmaq, onların daha optimal yollar tapmasına və aqrar sahədə məhsuldarlığın artmasına dəstək olmaqdır. Hazırda Azərbaycanda “YONCA” mobil tətbiqinin 2 mindən çox istifadəçisi mövcuddur. Mobil əlavənin funksionallığı daha çox əkinçiliyə fokuslansa da, heyvandarlıqla bağlı xidmətlər də mövcuddur. Misal üçün, burada baytarlar qeydiyyatdan keçərək xidmət göstərə bilərlər. Hazırda mobil əlavə “Android” əməliyyat sistemləri ilə işləyən cihazlar üçün əlçatandır, 2025-ci ilin əvvəlində isə iOS cihazları üçün də mövcud olacaq”- E.İskəndər bildirib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►