9-cu Bakı Caz Festivalı 17 oktyabr

İran İslam Respublikasında rəsmi səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri cənab Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

Görüş zamanı İran ərazisi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq müzakirə edilib.

İranın ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair ötən il razılaşdırılmış konseptual layihə çərçivəsində ortaq maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığa dair danışıqlar zamanı isə dəhlizin inkişafı və yük dövriyyəsinin artırılması müzakirə edilib.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin!

AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! Azərbaycanın milli…
►►►
Nəqliyyat / Logistika

ADY: İranda Astara Terminalında görülən işlər müzakirə olunub

ADY Şimal-Cənub dəhlizinin inkişafına önəm verir: İranda Astara Terminalında görülən…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan və Pakistanın dəmiryol qurumları arasında əməkdaşlıq

Azərbaycan və Pakistanın dəmiryol qurumları arasında əməkdaşlıq imkanları müzakirə…
►►►