Bakı Caz Festivalına saylı günlər qaldı

19-cu Bakı Caz Festivalı 17 oktyabr görkəmli braziliyalı baş gitaraçı Munir Hossn konserti ilə açılacaq! ⁣⁣Konsert  “Jolly Joker Bakı” səhnəsində baş tutacaq.

Munir Hossn, caz, funk və Braziliya ritmlərini ustalıqla harmoniya edən, Braziliyanın məşhur multi-instrumentalisti və bəstəkardır.

Oktyabrın 17-dən 29-dək keçiriləcək festivalın  proqramı xarici ifaçıların, dünya caz ulduzlarının adları ilə seçilir.
Bakı Caz Festivalı çərçivəsində “Jolly Joker Bakı”da üç konsert keçiriləcək.

17 Oktyabr:
Festivalın rəsmi açılış mərasimi:  19:00
Nurlan Hüseynzadə Band (Azərbaycan): 20:00
Munir Hossn & Elôa (Braziliya): 20:00
Munir Hossn ilə jam session və Azərbaycan musiqiçiləri: 22:00

19 Oktyabr
Rain Sultanov Syndicate 2 Grammy qalibi ilə: 20:00
Page Sety ilə jam session və Azərbaycan musiqiçiləri:  22:00
26 Oktyabr 2024
Elia (France) & Dj Qame ilə caz gecəsi: Jolly Joker, 20:00

Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından əldə etmək olar.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib 5…
►►►
City Life

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı…
►►►
City Life

“Balaca səyyah” premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır Noyabrın 16-da, məktəblilərin payız tətili…
►►►