“UniBank KB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “UniBank KB” ASC-nin ümumi buraxılış həcmi 20,000,000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“UniBank KB” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2016002027
İstiqrazın növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / formasıKütləvi / Birqiymətli
İstiqrazın sayı200,000 (ədəd)
İlkin ticarət qiyməti100 manat
İstiqrazın buraxılış həcmi20,000,000 manat
İllik gəlirlilik faizi11.5%
Ödəmə Perioduildə günlərin sayı 360 ( üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürməklə hər 90 (doxsan) gündən bir ödənilir
Tədavül müddəti36 ay
Ticarətə buraxılma tarixi22.10.2024
Anderrayter“Unicapital İ.Ş” ASC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►