İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

Azercell məktəblilərimizin İT sahəsində inkişafına dəstəyini davam etdirir.

12 oktyabr 2024-cü il tarixində Bakı Ali Neft Məktəbində və Naxçıvan Muxtar Respublikasında informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar təşkil olunub. 2023-2024 tədris ilində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə final mərhələsinə yüksələn şagirdlər seçim mərhələsində iştirak etmək hüququ qazanıblar.

İmtahan EJOI (Yeniyetmələrin Avropa İnformatika Olimpiadası), EGOI (Avropa Qızlar İnformatika Olimpiadası), həmçinin IOI (Beynəlxalq İnformatika Olimpiadası) hazırlıq komandasına daxil olmaq istəyən şagirdlər arasında keçirilib.

Məktəblilər 4 saat ərzində 3 məsələ həll ediblər. Hər bir iştirakçının nəticəsi avtomatik qiymətləndirmə sistemi vasitəsilə dərhal müəyyən edilib.

2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb. 

Əlaqədar məqalələr
Elm / Texnologiya

Kaspersky: 16 milyard şifrənin sızmasından sonra nə etməli?

Kaspersky: 16 milyard şifrənin sızmasından sonra nə etməli? Tarixdə potensial olaraq ən…
►►►
Elm / Texnologiya

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu SİMA yeni nəsil…
►►►
Elm / Texnologiya

Azercell dünya çempionlarını təbrik etdi

Azercell dünya çempionlarını təbrik etdi İyun ayının 18-də Azercell Telekom Minifutbol…
►►►