AZPROMO və ITC arasında görüş keçirilib

Görüşdə yaşıl iqtisadiyyatın inkişafı, iqlim maliyyəsi, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlı inkişaf proseslərinə inteqrasiyası kimi mühüm məsələlər vurğulanıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi (ITC) arasında görüş baş tutub. Görüş zamanı tərəflər COP29 çərçivəsində həyata keçirilməsi planlaşdırılan birgə təşəbbüslər və tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

AZPROMO tərəfindən COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dayanıqlı inkişafı təşviq etmək məqsədi ilə planlaşdırılan layihələr diqqətə çatdırılıb, görülən işlərin davamlılığını təmin edilməsi və Azərbaycan iqtisadiyyatının yaşıl inkişafına töhfə vermək üçün birgə fəaliyyətin genişləndirilməsi müzakirə edilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub Sahibkarlarla…
►►►
İqtisadiyyat / Biznes

AccessBank yenilənmiş Binəqədi filialında biznes xidmətlərini genişləndirir

AccessBank yenilənmiş Binəqədi filialında biznes xidmətlərini genişləndirir 27.04.2026.
►►►
İqtisadiyyat / Biznes

Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!

Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit! “Unibank”da bu şənbə…
►►►