Bakı Limanı 5 il bundan öncə bu gün ilk dəfə Yaşıl Liman statusuna layiq görülmüşdür

Bakı Limanı, regionda ilk dəfə olaraq hələ 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization – ESPO ) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) tərəfindən “EcoPorts” sertifikatına layiq görülüb. Liman, resertifikasiya mərhələlərindən uğurla keçir.

Liman Ətraf Mühitin Təhlili Sistemi (Port Environment Review System – PERS) – ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığı artıran və limanların dayanıqlı inkişaf məqsədlərinə çatmasına kömək edən Avropanın liman sektoruna aid ətraf mühitin idarə edilməsi standartıdır. Bu standart, xüsusilə enerji istifadəsi, tullantıların idarə edilməsi, havanın keyfiyyəti, rəqəmsallaşma və avtomatlaşdırma aspektlərində qabaqcıl texnologiyaların tətbiqini təşviq edir. Qeyd etmək lazımdır ki, Avropada hal-hazırda bu statusa cəmi 32 liman layiq görülüb ki, bunların içində Port of RotterdamPort de Barcelona və Port of London Authority limanları da var. Karbon emissiyalarının sıfıra endirilməsi strategiyası, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) tətbiqi, bərpaolunan enerji layihələri, Yaşıl Liman kontekstində fəaliyyətimizin əsas ünsürlərindəndir. Bakı limanı, “Yaşıl liman” təcrübəsini Qazaxıstan və Türkmənistan limanları ilə də paylaşmışdır.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya....

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın…
►►►
Nəqliyyat / Logistika

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb 25 noyabrda Bakıda “AZCON…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir 25 noyabr…
►►►