Hakan Peker Bakıda konsert proqramı ilə çıxış edib

Türkiyənin sevimli müğənnisi Hakan Peker 18 oktyabr Bakıda,  Hayal Kahvesində möhtəşəm konsert proqramı ilə çıxış edib.
90-ların pop musiqisinin əfsanəsi Hakan Peker pərəstişkarlarına nostalji dolu bir gecə yaşadıb.

Hakan Peker sənət karyerasına 80ci illərdə başlayıb. Seyyal Taner və Dəniz Erkanatın rəqqasəsi kimi başlayan Hakan Peker 1981-ci ildə Türk Rəqs Yarışmasında birinci olub. İlk albomu 1989-ci ildə işıq üzü görüb. 1990-cı ildə işıq üzü görən “Camdan Cama” albomu sənətçiyə istədiyi uğuru və şöhrəti gətirib.

2000-ci ildə İlla ki albomu  Hakan Pekere “ən çox satılan albom” və “ilin ən yaxşı kişi sənətçisi” mükafatlarını qazandırıb. Bakı konsertində Hakan Peker ən sevimli mahnılarını səsləndirib. Onların arasında: Karam, Bir Efsane, Kelimeler yetmez, Aşk bana lazım, “Yak Beni”, “Gece Gözlüm”, Bir Yuva Kuramasık və s.

Gecə böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Günel Həsənova