“SİMA İmza” beynəlxalq mükafata layiq görüldü

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Böyük Britaniyanın “The Global Economics” jurnalı tərəfindən beynəlxalq mükafata layiq görülüb.

“AzInTelecom” MMC-yə məxsus “SİMA İmza” mobil tətbiqi jurnal tərəfindən keçirilən səsvermədə ilin ən yaxşı biometrik rəqəmsal imza tətbiqi seçilib. Mükafat 2025-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək mərasimdə “AzInTelecom” MMC-nin rəsmi nümayəndəsinə təqdim olunacaq.

Qeyd edək ki, “The Global Economics” Böyük Britaniyada yerləşən maliyyə nəşri və biznes jurnalıdır. Jurnal dünyada biznes və maliyyə sektorlarına dair ətraflı araşdırmalar həyata keçirir. 2019-cu ildən etibarən hər il biznes sektorunda uğurlu fəaliyyətə malik şirkətləri müəyyən edərək “Global Economics” proqramı çərçivəsində mükafatlandırır.

Məlumat üçün bildirək ki, “SİMA İmza” mobil tətbiqi 2022-ci ildə yaradılıb. 2024-cü ildə tərəfdaşlarının sayını 60-a çatdıran “SİMA İmza” tətbiqinin hüquqi şəxs həlli istifadəyə verilib. Bir çox hökumət portallarına, bank və maliyyə təşkilatlarına, özəl qurumlara inteqrasiyası tamamlanıb. Bu il “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 2,5 milyonu ötüb. “Digital Login” vahid giriş sistemi üzərindən 140-dan çox elektron xidmətə “SİMA İmza” ilə məsafədən əlçatanlıq təmin edilib.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azərbaycanda Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı

Azərbaycanda Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla başa…
►►►
Elm / Texnologiya

Toy dəvətnamələri - Azərbaycanda kiber fırıldaqçılığın yeni metodu

Toy dəvətnamələri – Azərbaycanda kiber fırıldaqçılığın yeni…
►►►
Elm / Texnologiya

Azercell-dən “Möhtəşəm Cümə” endirimləri

Azercell-dən “Möhtəşəm Cümə” endirimləri Lider mobil operatordan “HONOR”…
►►►