Azərbaycanın işgüzar turizm imkanları BƏƏ-də təbliğ olunub

20-23 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) 63-cü konqresində Azərbaycanın işgüzar turizm potensialı tanıdılıb.

Konqresdə işgüzar turizm imkanlarını təbliğ etmək və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) təmsil edib.

İşgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentliklərlə keçirilən görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.

Qeyd edək ki, ICCA dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlarından biridir. Onun üzvləri sırasına dünyanın 90 ölkəsində fəaliyyət göstərən mindən çox beynəlxalq görüşlər sənayesi bazarı təmsilçiləri daxildir.

Assosiasiyanın məqsədi beynəlxalq konqres təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən qurumları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını yeniləməkdir. 

Əlaqədar məqalələr
Turizm

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib 2026-cı ilin yanvar…
►►►
Turizm

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir Dövlət Turizm…
►►►
Turizm

Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir

Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir Azərbaycan…
►►►