İKZF-nin zəmanəti ilə sahibkarlara 511 milyon manata yaxın kredit verilib

İndiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara 511 milyon manata yaxın kredit verilib ki, bunun da 80 milyon manata yaxını cari ilin yanvar-oktyabr aylarının payına düşür.

Fondun məlumatına görə, zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6,6 min yeni iş yerinin yaradılması nəzərdə tutulub.