Polşa turizm şirkətləri Azərbaycanın mədəni və qış idman turizmi imkanları ilə tanış olublar

Azərbaycan Turizm Bürosu tərəfindən 27-31 oktyabr tarixlərində Polşanın aparıcı 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Turizm sahəsində Polşa və Azərbaycan arasında potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin təşviq edilməsi məqsədilə 30-a yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

Səfər çərçivəsində Polşanın turizm sənayesi nümayəndələri işgüzar görüşlərlə yanaşı, Azərbaycanın mədəni irsi, qış idman turizm imkanları və “Şahdağ” Turizm Mərkəzində müasir xizək infrastrukturu ilə tanış olublar.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Varşavadan Bakıya orta hesabla həftədə 5 dəfə olmaqla ümumilikdə 183 uçuş həyata keçirilib.

Sözügedən dövr ərzində Azərbaycana Polşadan səfər edənlərin sayı 7886 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artımdır.

Əlaqədar məqalələr
Turizm

COP29-da Azərbaycanın turizm imkanları milli stendlə nümayiş etdirilir

COP29-da Azərbaycanın turizm imkanları milli stendlə nümayiş etdirilir BMT-nin İqlim…
►►►
Turizm

Şəkidə şəhid övladları üçün payız düşərgəsi keçirilib

Şəkidə şəhid övladları üçün payız düşərgəsi keçirilib Dövlət Turizm…
►►►
Turizm

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər Mədəni irsi və təbii…
►►►