AccessBank EBRD-nin dəstəyi ilə üçüncü dəfə Access2Success layihəsinə start verir

AccessBank Azərbaycanda qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verdiyini elan edir. Layihə, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçiriləcək. Bu unikal layihə iştirakçılara bizneslərini uğurla inkişaf etdirmək üçün lazım olan resursları, bilikləri və dəstəyi təqdim edir.

Access2Success layihəsinin məqsədi biznes ideyalarını həyata keçirmək və bazardakı mövqelərini gücləndirmək istəyən qadınlar üçün əlverişli mühitin yaradılmasıdır. Layihə çərçivəsində iştirakçılar, təhsil proqramlarına, ekspertlərlə məsləhətləşmələrə və şəbəkələşmə imkanlarına çıxış əldə edəcəklər. Layihə maliyyə idarəçiliyi, marketinq, strateji planlaşdırma və digər mövzuları əhatə edən təlimlər və mentorluq proqramlarını əhatə edir.

Access2Success layihəsinə iştirak üçün müraciətlər bu gündən qəbul olunur və iqtisadiyyatın istənilən sektorundan qadın sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik.

Layihə və iştirak şərtləri ilə bağlı əlavə məlumat üçün linkə keçid edin: Access2Success

İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdir. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çox müraciətlər içində seçilən, 50 qadın qatılmışdır. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər. 5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdim edilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.