“PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirilib

“PowerChina Resources Ltd.” şirkəti ilə yaşıl enerji sahəsində potensial işbirliyi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.

Görüşdə Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var. 

Tərəflər yaşıl enerji sahəsində işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Həmçinin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►