Azərbaycanın qeyri-neft ixracı oktyabrda 23%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 807,5 mln. ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 3,5% çoxdur.

Rockvell-in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən verdiyi məlumata görə, təkcə cari oktyabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 342,4 mln. ABŞ dollarlından çox təşkil edib ki, bu da illik ifadədə 23,1%-lik artım deməkdir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.

Əlaqədar məqalələr
Energetika

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb 2026-cı ilin…
►►►
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►