Xorvatiyaya xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Xorvatiyaya 842,6 milyon ABŞ dolları dəyərində 1,37 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 77,2 faiz və ya 367,18 milyon dollar, həcm baxımından isə 71,4 faiz və ya 572,5 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 12,76 milyard dollar dəyərində 20,57 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Xorvatiya 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 6,68 faizi məhz bu ölkənin payına düşüb.

Əlaqədar məqalələr
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft bahalaşıb. Londonun ICE…
►►►
Energetika

Şuşada “SOCAR” brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib

Şuşada “SOCAR” brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib Şuşa…
►►►
Energetika

TANAP-la qaz tədarükü 75 milyard kubmetrə çatıb

TANAP-la qaz tədarükü 75 milyard kubmetrə çatıb TANAP-la qaz tədarükü onun kommersiya…
►►►