Türk dövlətlərinin ticarət əlaqələri üçün vahid mərkəzin qurulması hədəflənir

Türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafına zəmin yaradacaq vahid ticarət mərkəzinin qurulması nəzərdə tutulur. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov deyib.

Onun sözlərinə görə, əsas strateji hədəf türk dünyasında elektron ticarətin inkişafına töhfə vermək və türk dövlətlərinin markalarının birliyini yaratmaqdır. “Biz Turan ticarət mərkəzlərini formalaşdıraraq türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafına töhfə verəcək vahid mərkəzin olmasını hədəfləyirik ki, o platforma üzərindən bütün türk markalarının satışını təşkil edə bilək”, – Camid Mövsümov bildirib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►