Xalq artisti Tünzalə Ağayeva yeni il ərəfəsində tamaşaçılarını sevindirib

Rockvell xəbər verir ki, pop ulduz “Paşa Malls”un təşkilatçılığı ilə “Port Baku New Year Village” adlı yeni il yarmarkasının açılışını edib. İlk mahnıdan sonra gerisayım başlanılıb və şam ağacının işıqları yandırılıb. Hər zaman fərqli görünən estrada ulduzu bu dəfə ağ qara tonlarında olan tulum və bordo kürkdən istifadə edib. 

Bir saat boyunca ən hit mahnılarını sevənlərinə ərmağan edən Xalq artisti həmin gecə zamanı xəstə olduğunu bildirib, amma buna baxmayaraq möhtəşəm çıxış nümayış etdirib. Sevənləri də onunla birlikdə bütün mahnıları əzbərə söyləyiblər. Tədbirin sonunda kövrək məqamlar yaşanıb. Xalq artisti repertuarının ən zəngin ifalarından olan “Mən Azərbaycanlıyam” mahnısını ifa edəndən sonra kövrəlib ağlayıb. 

Qeyd edək ki, sözügedən yarmarka dekabrın 1-dən yanvarın 5-dək davam edəcək.

Əlaqədar məqalələr
City Life

Yelo Bank əməkdaşları üçün təşkil edilmiş liderlik proqramı başa çatdı

Yelo Bank əməkdaşları üçün təşkil edilmiş liderlik proqramı başa çatdı Yelo Bank…
►►►
City Life

Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı Türkiyənin Antalyanın Demre…
►►►
City Life

“Azerconnect Group” beynəlxalq mükafatlara layiq görülüb

“Azerconnect Group” beynəlxalq mükafatlara layiq görülüb Azərbaycanın aparıcı İKT…
►►►