ADY və Beynəlxalq Maliyyə Korporasiyası yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib

10 dekabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayevin Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yüksək səviyyəli nümayəndələri ilə görüşü olub.

Görüş zamanı IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional infrastruktur və enerji meneceri Kamila Rodrigez və digər rəsmiləri ilə vaqon parkının genişləndirilməsi, yeni maliyyələşdirmə üsullarının tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

IFC-nin dəmiryol infrastrukturunun inkişafı üzrə bir sıra iri layihələrə dəstəyi nəzərə alınaraq bu istiqamətdə də tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Arif Ağayev ADY-nin vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi üçün son illərdə gördüyü işlərdən, o cümlədən müasir elektrik qatar və lokomotivlərinin alınması və daxili resurslar hesabına həyata keçirilən layihələrin icrasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Bakı Dəmiryol Vağzalının parklanma xidməti....

Bakı Dəmiryol Vağzalının parklanma xidməti metro şaxtasının tikintisinə görə…
►►►
Nəqliyyat / Logistika

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb “AZCON Holding”…
►►►
Nəqliyyat / Logistika

Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatdı

Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatdı 2025-ci ilin yanvar-iyul…
►►►