BOKT “İnternational” ASC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

29 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” ASC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 13 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adıBOKT “İnternational” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2013021020
İstiqrazın növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / formasıKütləvi / Rəqabətli
İstiqrazın sayı250 (ədəd)
İlkin ticarət qiyməti1,000 manat
İstiqrazın buraxılış həcmi250,000 manat
İllik gəlirlilik faizi15%
Ödəmə Perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir
Tədavül müddəti2 il
Ticarətə buraxılma tarixi13.12.2024
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC