2024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

Azercell-in təşəbbüsü ilə yaradılan xidmət çətin həyat şəraitində olan qadınlara dəstək olur

2024-cü ilin iyun-noyabr ayları ərzində “Qadın Dəstək Xətti”nə ümumilikdə 586 müraciət daxil olub. Onların 256-sı hüquqi dəstək, 191-i nikahın pozulması, 59-u məişət zorakılığı, 46-sı sosial-maddi rifah, 21-i sığınacaq axtarışı, 13-ü isə səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar olub.

Qeyd edək ki, bütün müraciətlər məzmununa uyğun olaraq müvafiq qurumlara yönləndirilir, ehtiyac olduqda qadınlara hüquqi məsləhətlər verilir və ilkin psixoloji dəstək göstərilir. Zəruri hallarda müraciət edən şəxslərlə görüşlər keçirilir, qadınlara sığınacağa yerləşdirmə və  mühafizə orderinin alınması ilə bağlı dəstək verilir. Xidmətə müraciət edən qadınların məlumatlarının gizliliyi təmin edilir və bilgilər yalnız onların razılığı ilə aidiyyəti qurumlarla paylaşılır. Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan, “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə edilən “Qadın Dəstək Xətti” çətin həyat şəraitində olan qadınlara yardım etmək məqsədi daşıyır. Xidmətin daha əlçatan olması üçün “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, FacebookInstagram səhifələri vasitəsilə xidmət göstərir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu AZCON Holding şirkətlərindən olan…
►►►
Elm / Texnologiya

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi Sərfəli mobil operator…
►►►
Elm / Texnologiya

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu AZCON Holding…
►►►