COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib

  • Mastercard tərəfindən dərc edilən məlumatlar COP29-un Azərbaycan iqtisadiyyatına mühüm təsirini göstərir.

Bakı, Azərbaycan; 18 dekabr 2024-cü il – Ötən ay Bakıda keçirilmiş 29-cu BMT İqlim Dəyişikliyi Konfransı (COP29) Azərbaycanın iqtisadi inkişafına mühüm təkan verərək əhəmiyyətli təsirlə yadda qalıb. “Mastercard Advisors” biznes konsultasiya xidməti tərəfindən hazırlanan və Mastercard-ın satış nöqtələri üzrə (POS) xərc məlumatlarına əsaslanan hesabatda COP29-un Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı əsas göstəricilər bu qlobal tədbir sayəsində əldə edilmiş böyük iqtisadi irəliləyişi nümayiş etdirir.

Turizm sektorunda rekord artım
COP29 həftəsində Azərbaycana turist axını 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 148% artıb. Bundan əlavə, bu rəqəm 2024-cü ilin F1 həftəsi ilə müqayisədə 16 dəfə çox olub və COP29-un qlobal səviyyədə marağa səbəb olduğunu göstərib.

Tranzaksiyaların həcmi və regional təsir
Maliyyə əməliyyatlarında da oxşar tendensiya müşahidə edilib. Belə ki, əməliyyatların ümumi dəyəri 236%, sayı isə 178% artıb. Paytaxt Bakıdan kənar bölgələrdə isə tranzaksiyaların həcmi 128% yüksəlib ki, bu da tədbirin ölkə üzrə böyük təsirini nümayiş etdirir.

Qonaqlama və iaşə sektorunun inkişafı
Qonaqlama və iaşə sektoru əsas COP29 dövründə yüksəliş əldə edən sahələr kimi fərqlənib. Mehmanxana və qidalanma üzrə xərcləmələr 400%-dən çox artaraq əsas sənayelərə iqtisadi səmərələr gətirib. Böyük məbləğli əməliyyatlarda da artım qeydə alınıb: 10 və 25 dollar dəyərindəki ödənişlər 200%-dən çox yüksəlib.

Qlobal turizm və xərcləmə trendləri
COP29 tədbiri Azərbaycanın qlobal səviyyədə turistik cəlbediciliyini də artırıb. Braziliya, Almaniya, ABŞ və Böyük Britaniya kimi əsas bazarlardan gələn ziyarətçilərin xərcləmələrində kəskin artım müşahidə olunub. Xüsusilə COP30-un ev sahibi Braziliyadan gələn ziyarətçilər mehmanxana xərcləmələrində 7 milyon faiz artım göstərərək rekorda imza atıblar. Eyni kateqoriyada Britaniya və Amerikadan olan ziyarətçilərin xərclədikləri vəsaitlər isə müvafiq olaraq 600% və 819% artım göstərib.

Bu nəticələr COP29-un dayanıqlı inkişaf üçün gücləndirici rolunu və Azərbaycanın qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir. Əldə edilmiş nailiyyətlər uzunmüddətli iqtisadi və ekoloji faydalara yol açaraq qlobal əməkdaşlığın gücünü yenidən nümayiş etdirir.

Mastercard haqqında

Mastercard dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birlikdə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Geniş rəqəmsal ödəniş həllərini təşviq edərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlar, bizneslər və hökumətlərə öz potensiallarını maksimum şəkildə reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıqplatformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıqplatformasında hesabla ABB daha bir imkanı…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir

Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir İnnovativ maliyyə…
►►►
İqtisadiyyat / Biznes

420 qadın sahibkara 12,5 milyon manat güzəştli kredit verilib

420 qadın sahibkara 12,5 milyon manat güzəştli kredit verilib Bu ilin yanvar-noyabr ayları…
►►►