AZSTANDART tərəfindən hazırlanan yeni dövlətlərarası standart qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS 065-2023 “Narşərab. Texniki şərtlər” milli standartı əsasında ГОСТ 35230-2024 “Наршараб. Технические условия” yeni standart layihəsi hazırlanıb və MDB ölkələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) tərəfindən dövlətlərarası standart kimi qəbul edilib.

Yeni qəbul edilən dövlətlərarası standart ət və balıq məhsulları ilə, eləcə də milli yeməklərdə istifadə edilən, şəkər tozu əlavə olunmaqla qaynadılıb qatılaşdırılmış, təzə sıxılmış və ya konservləşdirilmiş nar şirəsindən hazırlanan və şüşə qabda pasterizə edilmiş narşəraba şamil edilir.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı Qırmızı Ürəklər…
►►►
ROCKVELL BUSINESS

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili…
►►►
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►