Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Yeni həll müştəri sorğularının 24/7 rejimində operativ şəkildə cavablandırır

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır.  Şirkət “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” həllini istifadəyə verir.

Bu gündən etibarən “AI Chat Bot” tətbiqin “chat” bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda “AI Chat Bot”  yalnız Android platformasında mövcuddur, lakin tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir.

Yeni xidmətin üstünlükləri:

  • Müştəri sorğularını ani emal edir;
  • Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
  • Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.

Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.

Qeyd edək ki, Azercell ötən il Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i təqdim edib. Abunəçilərin bir çox sorğusunu özü icra edən “AiCell” ehtiyac olduqda zəngləri IVR və ya operatora yönləndirir.

Hər iki xidmətin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir.

Şirkət yeni xidmətləri ilə bağlantını asanlaşdırıb, həyatı daha dolğun etməyi hədəfləyir.

“Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın! 

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/

Əlaqədar məqalələr
Elm / Texnologiya

Hakerlər “Z” nəslinə hücum edirlər....

Hakerlər “Z” nəslinə hücum edirlər: saxta saytlar, oyun tələləri və yayım…
►►►
Elm / Texnologiya

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir 21 iyul – 5 sentyabr…
►►►
Elm / Texnologiya

Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi

Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi “Azercell…
►►►