Məhkumların peşə bacarıqlarının artırılması məqsədilə keçirilən layihənin hesabatı təqdim olunub

Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin 12 avqust tarixindən etibarən həyata keçirilən pilot layihə üzrə hesabat təqdim olunub.

Hesabata əsasən, 12 avqust – 19 dekabr tarixlərində 9 müxtəlif cəzaçəkmə müəssisəsində ümumilikdə 96 məhbusa təlim keçirilib və müvafiq sertifikatlar təqdim olunub.
Layihədə Azərbaycan mətbəxinə həm nəzəri, həm də təcrübə baxımından bələd olan beş aşpaz və texnoloq ekspert və təlimçi qismində cəlb olunub. Onlar məhkumlara aşpazlıq kursları keçib, onları yeni peşə bacarıqlarına və biliklərinə yiyələndirib, eyni zamanda müəssisələrdə hazırlanan yeməyin keyfiyyətinin yaxşılaşdırılması və nəzarəti barədə zəruri məlumatlar veriblər.

Hər bir cəzaçəkmə müəssisəsində aşpaz kimi çalışan məhkumlara kulinariya üzrə yerli mütəxəssislər tərəfindən nəzəri və praktiki dərslər təşkil edilib. Bu dərslər çərçivəsində mətbəx və anbarda tədarük prosesi, məhsulların düzgün saxlanılması, mətbəxdə işləməyin əsas prinsipləri, HACCP və ISO standartlarına uyğun sanitariya-gigiyena qaydaları, qida zəhərlənmələrinin qarşısının alınması və çarpaz çirklənmələrin idarə edilməsi öyrədilib.

Eyni zamanda, menyunun düzgün seçilməsi, təqdimatı və texnoloji kartların hazırlanması mövzularına toxunulub. Milli mətbəxə aid dərslər mətbəx mədəniyyəti, mövsümi yeməklər, sərinləşdirici içkilər və nümunələrin hazırlanma texnologiyasını əhatə edib.

Layihənin əsas məqsədi cəzaçəkmə müəssisələrində aşpaz qismində fəaliyyət göstərən məhkumların mətbəx bilikləri üzrə maarifləndirilməsi, həmçinin paralel olaraq cəzaçəkmə müəssisələrinin mətbəxinin təkmilləşdirilməsidir.

Əlaqədar məqalələr
Turizm

Türkiyənin qış möcüzələrini kəşf edin

Türkiyənin qış möcüzələrini kəşf edin Dünyanın ən çox ziyarət edilən beş…
►►►
Turizm

Azərbaycan Turizm Bürosu “Trip.com Group”un sammitində mükafatlandırılıb

Azərbaycan Turizm Bürosu “Trip.com Group”un sammitində mükafatlandırılıb Azərbaycan…
►►►
Turizm

Türkiyənin turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Türkiyənin turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfəri təşkil…
►►►