Ölkədaxili nağdsız əməliyyatların həcmi açıqlanıb

Bu ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı sentyabr ayına nisbətən 301 min ədəd artaraq 19,46 milyonu ötüb.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,7 faiz, kredit kartları üzrə 3,2 faiz təşkil edib.

Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.

2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6939 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64 faizini təşkil edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Kredit qoyuluşlarının həcmi 4,4 milyard manatdan çox artıb

Kredit qoyuluşlarının həcmi 4,4 milyard manatdan çox artıb Bu ilin noyabr ayında kredit…
►►►
İqtisadiyyat / Biznes

“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb

“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb Startaplara dəstək…
►►►
İqtisadiyyat / Biznes

Polad tökmə istehsalı artıb

Polad tökmə istehsalı artıb Bu ilin yanvar-noyabr aylarında ölkədə 323,2 min ton polad…
►►►