İxracatçılarla görüş keçirilib

Görüşdə cari ilin iqtisadi-ticarət nəticələri, qeyri-neft ixracının inkişafı və 2025-ci ilin hədəfləri müzakirə edilib, dövlət qurumları və sahibkarlar arasında fikir mübadiləsi aparılıb.

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə ixracatçılarla görüş keçirilib. Tədbir zamanı il ərzində həyata keçirilən ixrac əməliyyatlarının nəticələri və 2025-ci il üçün müəyyənləşdirilən yeni hədəflər müzakirə edilib. Görüşdə dövlət rəsmiləri, sahəvi assosiasiyaların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın ixrac göstəriciləri və qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb, ixracın təşviqi mexanizmləri barədə məlumat verib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların iqtisadiyyatda payının artması və sahibkarlara təqdim edilən dəstək mexanizmlərindən danışıb.

Tədbirdə həmçinin, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi, Dövlət Vergi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ticarətdə aktual məsələləri, eləcə də ticarət sazişlərinin əhəmiyyəti, elektron ticarət, tətbiq olunan güzəştlər, gömrük prosedurları və gömrük islahatlarına dair fikir mübadiləsi aparıblar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB-dən yüksək gəlirli əmanət kampaniyası!

ABB-dən yüksək gəlirli əmanət kampaniyası! Müştərilərə sərfəli fürsətlər yaradan…
►►►
İqtisadiyyat / Biznes

AR Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac…
►►►
İqtisadiyyat / Biznes

2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə…
►►►