Ölkədən 1 milyon tondan çox kimya sənayesi məhsulları ixrac edilib

2024-ci ilin yanvar-noyabr aylarında ölkədən 265,58 milyon ABŞ dolları dəyərində 1 milyon tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində təqribən 19,6 faiz və ya 43,5 milyon dollar, həcm baxımından isə 23,5 faiz və ya 192,8 min tondan çoxdur.

Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,59 faizə bərabər olub.