ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlanılıb.

Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin “İnternet bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi “SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:

  • Bank hesablarının açılması
  • Pulköçürmələri və konvertasiya əməliyyatları
  • Hökumət ödənişləri
  • “ANİPay” ödənişləri
  • Kredit ərizələrinin imzalanması
  • ATM və POS-terminal əməliyyatları
  • AKB və “Asan Finance” razılıq ərizələrinin təsdiqi
  • Qeyri-bank xidmətlərindən istifadə

Qeyri-bank xidmətləri dedikdə, vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.

Qeyd edək ki, fərdi sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn şəkildə əldə edə bilərlər. Bunun üçün “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu AZCON Holding şirkətlərindən olan…
►►►
Elm / Texnologiya

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi Sərfəli mobil operator…
►►►
Elm / Texnologiya

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu AZCON Holding…
►►►