Azərbaycandan Tailanda ixrac 9 dəfəyədək artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Tailand arasında ticarət dövriyyəsinin ümumi həcmi 304,11 milyon dollar təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət 3,45 dəfə artıb.

İxrac – idxal:

Azərbaycandan Tailanda ixrac: 234,24 milyon dollar (+8,96 dəfə)

Tailanddan Azərbaycana idxal: 69,87 milyon dollar (+12,9 faiz)

İxracın əksər hissəsi xam neftin payına düşür. Belə ki, hesabat dövründə Tailanda 234,2 milyon dollar dəyərində 376,9 ton neft ixrac olunub. Ötən ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tailand ilə ticarətin payı 0,7 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Birbank-dan təqaüdçülərə özəl sərfəli  kredit təklifi

Birbank-dan təqaüdçülərə özəl sərfəli  kredit təklifi Birbank təqaüdçülər…
►►►
İqtisadiyyat / Biznes

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır Maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma!

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma! Yelo Bank-ın xaricə pul…
►►►