“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər

Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər.

Abunəçilərinə ən yaxşı rəqəmsal  təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.

Bu yenilik Müştəri Dəyərinin İdarəedilməsi platformasının “Azercell” tətbiqi ilə inteqrasiyası nəticəsində ərsəyə gəlib. Belə ki, abunəçilər özəl təklif və kampaniyalarla “Üstünlüklər” bölümündə tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin, həm də abunəçilərin fərdi ehtiyaclarına uyğun hazırlanmış xüsusi təkliflər əks olunur. Sadələşdirilmiş aktivasiya isə onlardan yalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən yararlanmaq imkanı verir.

Xatırladaq ki, “iOS” və “Android” sistemlərini dəstəkləyən müştəri-yönümlü “Azercell” tətbiqini “AppStore” və ya “Google Play”dən yükləmək mümkündür.

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/

Əlaqədar məqalələr
Elm / Texnologiya

Ehtiyat igidin yaraşığıdır

Ehtiyat igidin yaraşığıdır: 84% istifadəçi məlumatların ehtiyat nüsxəsini elektron…
►►►
Elm / Texnologiya

Kaspersky: Azərbaycanda uşaqları onlayn oyunlarda kibertəhlükələrdən qorumağın qaydaları

Kaspersky: Azərbaycanda uşaqları onlayn oyunlarda kibertəhlükələrdən qorumağın…
►►►
Elm / Texnologiya

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib Şirkət…
►►►