Özünüməşğulluq proqramının fəaliyyət sahələri üzrə zərflər siyahısına yeni istiqamətlər əlavə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər də əlavə olunub.

Siyahıya:
• “Qəssab dükanı”,
• “Kotançılıq”,
• “Özünəxidmət avtoyuma”,
• “Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”,
• “Avtorazval xidmətləri”
istiqamətləri də daxil edilib.

İşsiz və işaxtaran şəxslər həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər.

Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir.

Həmçinin, proqram çərçivəsində təklif edilən digər zərflərin tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.

Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://dma.gov.az/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq

Əlaqədar məqalələr
City Life

"Varis" filminin təqdimatı keçirildi

“Varis” filminin təqdimatı keçirildi 5mart Park Cinemanın yeni Sevinc Mall…
►►►
City Life

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər....

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv…
►►►
City Life

Dünyaca məşhur AKCENT Bakıda!

Dünyaca məşhur AKCENT Bakıda! Pop və dance musiqisinin sevilən müğənnisi AKCENT Bakıda…
►►►