Növbəti hərracda 109 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 yanvar tarixində keçirilən hərracda 6 lot üzrə 109 nəqliyyat vasitəsi satılıb. Hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 2.800 manat olan “KAMAZ 6520” markalı avtomobil 10.500 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3FjPjC linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 28 və 30 yanvar tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3EBvZM linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Əlaqədar məqalələr
City Life

"Varis" filminin təqdimatı keçirildi

“Varis” filminin təqdimatı keçirildi 5mart Park Cinemanın yeni Sevinc Mall…
►►►
City Life

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər....

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv…
►►►
City Life

Dünyaca məşhur AKCENT Bakıda!

Dünyaca məşhur AKCENT Bakıda! Pop və dance musiqisinin sevilən müğənnisi AKCENT Bakıda…
►►►