“Azercell” tətbiqinə yeni “Qonaq Girişi” funksiyası əlavə olundu

“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə “Qonaq girişi” funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.

Yeni funksiya istifadəçilərə tətbiqdə qeydiyyatdan keçmədən eSIM (rəqəmsal simkart) sifariş və aktiv etmək, eləcə də nömrə daşınması xidmətindən onlayn yararlanmaq imkanı verir. Eyni zamanda, müştərilər artıq qeydiyyatsız şəkildə Azercell-in geniş məhsul çeşidi və tarifləri ilə ətraflı tanış ola, şirkətin satış və xidmət mərkəzlərinin xəritə üzərindəki dəqiq ünvanlarını öyrənə bilərlər.

Qeyd edək ki, “Azercell” tətbiqi nömrənin asan idarə edilməsi üçün nəzərdə tutulmuş çoxfunksional özünəxidmət platformasıdır. Tətbiq balans, abunələr, nömrənin xətti, ödəmələr, cari kampaniyalar və digər məlumatlara ani giriş imkanı verir. Həmçinin tətbiq üzərindən digər Azercell tətbiqlərini də idarə etmək mümkündür. “Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Kaspersky mütəxəssisləri “Android” üçün....

Kaspersky mütəxəssisləri “Android” üçün “Starlink” tətbiqini təqlid edən zərərli…
►►►
Elm / Texnologiya

Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi

Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildiTəşəbbüs gənc…
►►►
Elm / Texnologiya

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət…
►►►