AZPROMO-nun ixracatçı və investorlara göstərdiyi xidmətlər siyahısı təsdiq edilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bununla bağlı qərar qəbul olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı” təsdiq edilib.

Agentlik tərəfindən ixracatçı və investorlara göstərilən xidmətlərin siyahısı:

– Sahibkarlıq subyektlərinin sorğusu əsasında beynəlxalq ticarət məlumatları üzrə araşdırmanın aparılması və onlara potensial ixrac bazarları barədə məlumatların verilməsi,

– Sahibkarlıq subyektlərinin sorğusu əsasında onlara Azərbaycan Respublikasının ərazisindən ixrac edilən Azərbaycan mənşəli məhsulların (xidmətlərin) təyinat ölkəsinə idxalına dair qaydalar haqqında məlumatların təqdim edilməsi,

– AZPROMO-ya məxsus əmtəə nişanlarından istifadə hüququnun verilməsi

– İnvestorların və ixracatçıların investisiya və ixrac fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin əlaqələndirilməsi işinin təşkili.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►