Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində

Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər

Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.

Yeni xidmətin üstünlükləri:

  • Müştəri sorğularını ani emal edir;
  • Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
  • Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.

Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.

“Azercell” tətbiqin yeni imkanlarından yararlanmaq  üçün tətbiqin ən yeni versiyasını “App Store” və ya “Play Store”dan yükləmək xahiş edilir.

Xatırladaq ki, ötən ilin dekabr ayında “AI Chat Bot”u Android əməliyyat sistemində işləyən cihazlar üçün istifadəyə vermiş Azercell yerli telekommunikasiya bazarında süni zəka əsaslı bot xidmətini təqdim etmiş ilk telekommunikasiya şirkəti oldu.

“Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın! 

Əlavə məlumat üçün: https://www.azercell.com/az/

Əlaqədar məqalələr
Elm / Texnologiya

Kapital Bank-ın kiberdələduzluqla mübarizə....

Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir Kapital Bank…
►►►
Elm / Texnologiya

Kaspersky: 2025-ci ildə ələ keçirilmiş şifrələrin....

Kaspersky: 2025-ci ildə ələ keçirilmiş şifrələrin yarısı ilk dəfə…
►►►
Elm / Texnologiya

AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb

AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb “Hökumət buludu”nun…
►►►