Xalq artisti Tünzalə Ağayeva klassik Hollivud filmləri tərzində fotosessiya etdirdi- FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə imicini dəyişib.

Rockvell xəbər verir ki, pop ulduz uzun sarı saçlarını dəyişərək, qısa qəhvəyi tonlarına keçib. Müğənni yeni imicində kamera qarşısına keçib. Estrada ulduzunun klassik Hollivud filmləri tərzində olan fotosessiyasını fotoqraf Anfisa Bessonova gerçəkləşdirib.

Əsrarəngiz görünən Xalq artistinin saçları üzərində məşhur stilist Fərid Bağırov çalışıb.

Ağayevanın fotosessiyasındaki stylingini müğənninin şəxsi stilisti Şamxal Ramazanlı edib. Ağlara bürünən pop ulduzun geyimi “Jamaloff’s Couture” aiddir. 

Makiyaj və saç düzümü üzərində stilist Sabir Bağırov çalışıb.

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Xalq artisti Tünzalə Ağayeva imicinin belə tez dəyişməsini belə açıqlayıb: “Saç tərzimin belə tez dəyişməsini mənim sevənlərim istədi. Bir çox pərəstişkarım məni qısa və tünd rəngli sevib. Bu baxımdan hər zaman olduğu kimi Fərid Bağırov və onun komandasına dərin təşəkkürümü bildirirəm. Lalə və Romana da minnətdaram ki, növbəti dəfə uğurlu işə imza atdılar. Bu fotosessiyanın tərzi klassik Hollivud filmləridir. Bizim istəyimiz yeni imici məhz belə mükəmməl fotosessiya ilə tamaşaçılarımıza göstərmək idi. Qeyd edim ki, fotosessiyanın ideya müəllifi şəxsi stilistim Şamxal Ramazanlıdır”.

Sözügedən yeni fotosessiyanı təqdim edirik:

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Xalq artisti Tünzalə Ağayeva “İstəmirəm” hitinə yeni nəfəs verdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva “İstəmirəm” hitinə yeni nəfəs verdi – VİDEO Xalq…
►►►
İncəsənət / Dəb

Murad Arifin “3:0” adlı solo konserti baş tutub

Murad Arifin “3:0” adlı solo konserti baş tutub 30 sentyabr müğənni-bəstəkar Murad…
►►►
İncəsənət / Dəb

Şabran 2025 art simpozium

Şabran2025 art simpozium 29 sentyabr tarixində Azərbaycan Rəssamlar İttifaqının Müasir…
►►►