Yelo Bank “İlin ən yaxşı tərəfdaşı” adına layiq görüldü!

Yelo Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi “Yaşıl Gələcək” platforması çərçivəsində həyata keçirilən ağacəkmə aksiyasına verdiyi dəstəyə görə “İlin ən yaxşı tərəfdaşı” adına layiq görüldü. Təltif mərasimində Yelo Bank-ı təmsil edən nümayəndəyə mükafatı cənab nazir Muxtar Babayev təqdim etdi.

Yelo Bank, ekoloji məsuliyyətini dərk edərək 2024-cü ildə “Yaşıl əmanət” kampaniyasını uğurla həyata keçirib. Bu kampaniya çərçivəsində müştərilərin yerləşdirdiyi hər bir əmanət bir ağaca çevrildi. Nəticədə təbiətə 1,500-dən çox ağac bəxş edildi və yaşıl gələcək üçün böyük bir addım atıldı.

Ətraf mühitin qorunması və ekoloji təşəbbüslərin dəstəklənməsi Yelo Bank-ın prioritetlərindən biridir. Həm ofisdaxilində, həm də xidmət məntəqələrində kağızın şüurlu istifadəsinə, istifadə olunmuş kağız, batareyaların təkrar emalı üçün toplanmasına xüsusi diqqət edilir. Bank gələcəkdə də ekoloji layihələrdə aktiv iştirakını davam etdirməyi, yaşıl təşəbbüslərlə ətraf mühitin qorunmasına dəstəyini planlaşdırır.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►