Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il  “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.

Proqram çərçivəsində gənclərə real startap mühitinə uyğunlaşmaq üçün lazımi bilik və bacarıqlar aşılanacaq, müasir texnologiyaların tətbiqi öyrədiləcək. Proqram iştirakçılarının innovativ ideyalarını reallaşdırmağa dəstək olmaq üçün “Startap təfəkkürünün formalaşdırılması”, “İT Layihələrin İdarə Edilməsi”, “Minimal Viable Product (MVP) hazırlanması”, “Uğurlu startap təqdimatlarının hazırlanması” kimi mövzularda təlimlər təşkil olunacaq. Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri layihə boyunca komanda üzvlərinə mentorluq edəcəklər. Eyni zamanda, yarışçılar üçün startap ekosisteminin nümayəndələri ilə əməkdaşlıq etmək imkanı da yaradılacaq.

Proqramın yekununda qalib komanda pul mükafatı ilə təltif olunacaq. Bundan əlavə, “Azercell Telekom” MMC uğurlu layihə təkliflərini dəyərləndirərək seçilən startapçılara təcrübə proqramında iştirak imkanı təqdim edəcək.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Hakerlər “Z” nəslinə hücum edirlər....

Hakerlər “Z” nəslinə hücum edirlər: saxta saytlar, oyun tələləri və yayım…
►►►
Elm / Texnologiya

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir 21 iyul – 5 sentyabr…
►►►
Elm / Texnologiya

Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi

Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi “Azercell…
►►►