AİH-lə AYİB nümayəndə heyəti arasında görüş keçirilib

Sentyabrın 12-də Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə AYİB-lə bir sıra sənədlərin imzalanma  mərasimi keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov,  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və digər rəsmi qonaqların iştirakı ilə keçirilən mərasimdə AYİB, Azərbaycan İnvestisiya Holdinqi və onun idarəçiliyinə verilmiş  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında mandat məktubu imzalanıb. Sənədi AYİB-in Davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşad, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev imzalayıblar.

Sənədə əsasən, AYİB tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”-nin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması nəzərdə tutulur.

Sentyabrın 13-də AYİB-in prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan İnvestisiya Holdinqinin rəhbər heyəti arasında işgüzar görüş keçirilib. Görüşdə cari və perspektiv layihələr müzakirə olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Azərbaycan məhsullarının Avropanın....

Azərbaycan məhsullarının Avropanın satış şəbəkələrinə çıxarılması barədə…
►►►
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►