“Azərbaycan-Mərkəzi Asiya-Avropa” enerji dəhlizinin yaradılması müzakirə olunub

Özbəkistanın Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya ölkələri energetika nazirlərinin növbəti görüşündə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazir müavinləri səviyyəsində müzakirələr aparılıb.

Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Görüşdə onlayn formatda iştirak edən Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Fuad Mosa qeyd olunan layihəyə ölkəsinin marağını bir daha ifadə edib. Bu istiqamətdə COP29 çərçivəsində 4 ölkə arasında imzalanan İcra Proqramından irəli gələn məsələlər müzakirə edilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►