Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi 760 milyard manatı ötüb
2024-cü il ərzində Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 760,1 milyard manatı, sayı isə 168,3 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2023-cü ilin göstəricilərinə nisbətdə aparılan əməliyyatların həcmində 0,8 faiz azalma, sayında isə 13,9 faiz artım qeydə alınıb.
Ötən il ərzində AZİPS vasitəsilə 2,2 milyon əməliyyat üzrə 705,83 milyard manat, XÖNKS vasitəsilə 165,5 milyon əməliyyat üzrə 52,95 milyard manat, AÖS ilə isə 800,9 min əməliyyat üzrə 1,37 milyard manat həcmində ödəniş həyata keçirilib.