“Yaşıl Gələcək” müsabiqəsinin qalibləri müəyyən olundu
Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Gənc Avropa Səfirləri ilə birlikdə təşkil etdikləri müsabiqəsinin
final mərhələsi baş tutub.
Tədbir “Yaşıl Gələcək” şüarı altında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Planetimiz naminə” kampaniyası çərçivəsində həyata keçirilib.
Müsabiqənin məqsədi gəncləri innovativ və davamlı biznes həlləri təqdim etməyə təşviq etməkdir.
Aİ-nin Azərbaycan nümayəndəsi Peter Mixalko bərpa olunan enerji və yaşıl siyasət sahəsində qlobal lider olan Avropa İttifaqının Azərbaycan gənclərinin ideyalarını dəstəklədiyini qeyd edib:
“Bu gün gənclərdən öyrənmək və onların ətrafımızı əhatə edən real dayanıqlılıq çağırışlarına yönəlmiş dəyərli həll yollarını kəşf etmək bizim üçün böyük həyəcan doğurur. Mənim üçün tam aydındır ki, bu komandaların innovativ yanaşmaları Azərbaycanın və planetimizin gələcəyi üçün böyük ümid yaradır. Çəkdikləri zəhmətə və parlaq ideyalarına görə bütün komandalara təşəkkür edirəm”.
Daha sonra müsabiqənin final mərhələsi keçirilib. Hər biri dörd üzvdən ibarət olan dörd komanda final mərhələsində qələbə uğrunda yarışıb.
Ümumilikdə isə “Yaşıl Gələcək” müsabiqəsinə Ağdaş, Bakı, Xankəndi, İsmayıllı, Lənkəran və Şəmkirdən 512 nəfərin təmsil olunduğu 128 komanda qatılıb.
“Times New Roman” komandası birinci, “Green Innovators” ikinci, “Sustainable energy” üçüncü, “Voyage” isə dördüncü yerləri tutub.
Günel Həsənova