Azərbaycan öz turizm imkanlarını Hindistanda nümayiş etdirir

Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən, Asiya-Sakit Okean regionunun mühüm turizm sərgisi olan “OTM Mumbai 2025”də iştirak edir.

Tədbirdə “Azərbaycan Hava Yolları” ilə birlikdə, 22 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq, ekoturizm və digər turizm imkanları haqqında məlumat verilir.

Sərgi çərçivəsində keçirilən “Hindistanlı səyahətçiləri cəlb etmək: güclü destinasiyalardan strateji yanaşmalar” adlı panel müzakirəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov Azərbaycanda turizminin inkişafı strategiyası ilə bağlı məlumat verib.

Qeyd edək ki, hindistanlı turistlərin artan marağına əsasən “Azərbaycan Hava Yolları” QSC və “IndiGo” aviaşirkətləri ilə Dehli və Mumbaydan Bakıya həftədə 14 birbaşa uçuş həyata keçirilir.

2024-cü ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 243 589 nəfər təşil edib. Bu da öz növbəsində 2023-cü illə müqayisədə 2 dəfən çox artımdır.

Əlaqədar məqalələr
Turizm

Türkiyənin Aralıq dənizi sahilindəki cənnəti - Marmaris

Türkiyənin Aralıq dənizi sahilindəki cənnəti – Marmaris Türkiyənin…
►►►
Turizm

Türk memarlığının şah əsərləri -Taxta məscidlər

Türk memarlığının şah əsərləri -Taxta məscidlər Türkiyə öz mədəniyyət və dini…
►►►
Turizm

Bakıda BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək

Bakıda BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək Aprelin 8-də…
►►►