“Qış Marafonu” kulinariya müsabiqəsi sona çatdı
12 qalib dəyərli hədiyyələr qazandı
Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda maraqlı və rəngarəng “Qış Marafonu” adlı müsabiqə sona çatdı. Bu müsabiqə çərçivəsində qrup iştirakçıları 4 həftə ərzində müxtəlif tapşırıqları yerinə yetirib dəyərli hədiyyələr uğrunda mübarizə apardılar. Müsabiqənin əsas məqsədi qış mövsümündə hazırlanan yeməkləri xatırlatmaq, faydalı və maraqlı ideyalarla bölüşüb əyləncəli vaxt keçirmək idi.
“4 həftə ərzində həm əyləndik, həm də öyrəndik. Qrup iştirakçıları yenə də çox maraqlı yarışmada öz məharətlərini göstərdilər. Daha çox faydalı yeməklər, desertlər hazırladıq, dünya mətbəxinə müraciət etdik, axtardıq, araşdırdıq. Əminəm ki, bu müsabiqə də digərləri kimi bütün iştirakçılar üçün növbəti bir növ onlayn master-klass oldu. Bu müddət qrupda ərzində 250-dən çox yeni resept paylaşıldı. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə bu müsabiqə üçün yeməklər hazırlayıb iştirakçılara dəstək oldum. 12 nəfər qalibimiz isə müsabiqəmizin baş sponsoru “Soliton” mağazalar şəbəkəsi tərəfindən dəyərli hədiyyələr qazandılar”, – deyə qrupun admini, səsləndirmə aktyoru Kübra Kərimli qeyd etdi.
Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq üçün bu linkə daxil olun: https://www.facebook.com/groups/158809490864818/
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 31000-dən çox üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri, faydalı rubrikaları və ən əsası qrup daxili mehriban münasibətləri ilə seçilir.