Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

14 avqust Pakistanın Azərbaycandakı səfirliyi ölkənin müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir təşkil edib.

Pakistanın 14 avqust 1947-ci il tarixli müstəqilliyi pakistan xalqın  qətiyyətli mübarizəsi və fədakarlıqları sayəsində əldə edilmişdir. Hökumət iqtisadi sabitliyə nail olmuşdur və inkişaf etmiş iqtisadiyyata doğru irəliləyir. Pakistanın rəşadətli Silahlı Qüvvələri ölkəni xarici təhdidlərdən qorumaqda sarsılmaz əzmkarlıq nümayiş etdirmişlər.  Bu gün Pakistan beynəlxalq birlikdə sülhün qüdrətli carçısı kimi tanınır. Mürəkkəb və gərgin regional vəziyyət fonunda Pakistan məsuliyyətli dövlət və qlobal sülhün, sabitliyin və regional əməkdaşlığın təşviqində tarazlaşdırıcı qüvvə kimi konstruktiv rolunu davam etdirir.

Tədbirdə diplomatik missiyanın əməkdaşları, Pakistan icmasının nümayəndələri və qonaqlar iştirak ediblər.

Mərasim Pakistanın dövlət bayrağının qaldırılması ilə başlayıb.

Daha sonra iştirakçılara ölkə Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifin Pakistan xalqı üçün Müstəqillik Gününün xüsusi əhəmiyyətinin vurğulandığı mesajları oxunub.

Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkənin müstəqillik qazanmasının tarixi əhəmiyyətindən danışıb və onun sülhə, dialoqa və dövlətlərarası əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.

“Pakistan həmişə xalqlar arasında sülh, dialoq və əməkdaşlığın tərəfdarı olub. Biz bundan sonra da təsisatlarımızı, milli birliyimizi gücləndirmək və ölkəmizin potensialını inkişaf etdirmək niyyətindəyik”, – səfir bildirib.

Səfir həmçinin Pakistanın digər dövlətlərlə diplomatik, iqtisadi və müdafiə əməkdaşlığının genişləndiyini qeyd edib. Onun sözlərinə görə, İslamabad həm regionda, həm də bütün dünyada sülh və sabitliyin təmin olunmasına töhfə verməyə çalışır.

“Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkə Birgə Müdafiə Sazişi Pakistanın bölgədəki səmərəli rolunun və inkişaf edən strateji gücünün bariz sübutudur. Azərbaycanın Cəmmu və Kəşmir daxil olmaqla, narahatlıq doğuran bütün məsələlərdə Pakistanla nümayiş etdirdiyi güclü həmrəyliyi yüksək qiymətləndiririk. Qardaş ölkələrimiz arasındakı dostluq əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayırıq”, Qasım Mohiuddin vurğulayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►
City Life

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam"

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş…
►►►
City Life

Hindistan Səfirliyində Bihar Diwas 2026 tədbiri keçiriləcək

Hindistan Səfirliyində Bihar Diwas 2026 tədbiri keçiriləcək Hindistanın Azərbaycandakı…
►►►